Aziz Sancar: Xərçəngdən ölənlərin 30 faizi siqaret çəkənlərdir

Aziz Sancar: Xərçəngdən ölənlərin 30 faizi siqaret çəkənlərdir

"Onkoloji xəstəliklərdən dünyasını dəyişənlərin 30 faizi siqaret çəkənlərdir”. 

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Şimali Kalorina Universitetinin professoru, 2015-ci ildə kimya üzrə Nobel mükafatçısı Aziz Sancar "Universitetlərdə elmi fəaliyyətini müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfransda bildirib.

Nobel mükafatçısı insanlara siqareti tərgitməyi məsləhət görüb. 

A.Sancar özünün elmi kəşfi ilə xərçəng xəstəliyinin müalicə edilə biləcəyini ifadə edib: "Biz özümüz tütün əleyhinə geniş kompaniya aparırıq. Zədələnmiş hüceyrələr bərpa oluna bilər. Lakin siqaret çəkiləcəyi təqdirdə bizim hazırladığımı terapiyanın heç bir faydası olmayacaq”.


Aktual.az
Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR