"Azərsu" ASC-nin keçmiş rəhbəri qayıtdı


"Azərsu" ASC-nin keçmiş sədri Nizaməddin Rzayev bu quruma işə qayıdıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, ASC-dən verilən məlumata görə, N.Rzayev "Azərsu" ASC-nin birinci müavini Teyyub Cabbarovun müşaviri təyin edilib.

N.Rzayev Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə ASC-nin sədri vəzifəsindən azad edilmişdi. Dövlət başçısının digər sərəncamı ilə həmin vəzifəyə SOCAR-ın vitse-prezidenti Qorxmaz Hüseynov təyin edilib.

Aktual.az 

Xəbər 780 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR