“Azerspace-1” peyki üzərindən yayımlanan bəzi kanalların yayım tezlikləri dəyişilib

“Azerspace-1” peyki üzərindən yayımlanan bəzi kanalların yayım tezlikləri dəyişilib

“Azərkosmos” ASC tərəfindən idarə olunan “Azerspace-1” peyki üzərindən yayımlanan bəzi kanalların yayım tezlikləri dəyişilib.

 

“Azərkosmos” ASC-dən “APA-Ecnomics”ə verilən məlumata görə, “TRT Avaz”, “2x2”, “Semerkand”, “Cine5”, “TRT1”, “Samanyolu”, “TMB”, “Fox” kanallarının  yayımı yaxın günlərdə dayandırılacaq.

 

Bundan başqa, bəzi kanalların yayım keyfiyyətinin artırılması məqsədi ilə yayım tezlikləri dəyişilib.

 

Bununla əlaqədar olaraq, “THT”, “S Haber” 11134Mhz: S/R-27500: Pol – H tezliyində,  “InterAz” kanalı isə artıq 11169Mhz : S/R-27500 : Pol –H  tezliyində yayımlanmaqdadır.


Xəbər 2236 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR