“Azercell” xaricdən sistemlərinə qoşulmaları müvəqqəti məhdudlaşdırır

“Azercell” xaricdən sistemlərinə qoşulmaları müvəqqəti məhdudlaşdırır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin məlumatına görə, Azərbaycanın elektron informasiya resurslarına qarşı genişmiqyaslı kiberhücumlar hazırlanıb.

Müvafiq dövlət qurumunun bu xəbərdarlığını nəzərə alaraq, "Azercell Telekom” MMC respublikamızın hüdudlarından kənarda "Azercell” sistemlərinə qoşulmaları müvəqqəti olaraq məhdudlaşdırır.

Bu səbəbdən də xaricdə olan Azercell abunəçiləri "Kabinetim” proqramına, internet səhifəmizə və digər elektron resurslarımıza rominq üzərindən mobil internet vasitəsilə qoşula biləcəklər.
Xəbər 478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR