Azercell-dən SimSim abunəçilərinə bayram hədiyyəsi

Azercell-dən SimSim abunəçilərinə bayram hədiyyəsi

Azercell Telelom MMC müqəddəs  Ramazan bayramı münasibətilə abunəçilərinə yeni kampaniyanı təqdim edir.
 
Belə ki, 26-27 İyun 2017-ci il tarixlərində Azercell  SimSim abunəçiləri şirkətin  Ramazan Hədiyyəsi kampaniyasından yararlana biləcəklər.  Kampaniya çərçivəsində abunəçilər şəbəkədaxili istifadə üçün 10 dəqiqə və 100 SMS HƏDİYYƏ qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün, BAYRAM sözünü 5757-ə SMS vasitəsilə göndərmək lazımdır (SMS pulsuzdur).
Qeyd edək ki, hədiyyə olunan şəbəkədaxili dəqiqə və SMS-lər kampaniya ərzində yalnız bir dəfə aktiv edilə və 27.06.2017 23:59-dək istifadə oluna bilər.
 
Azercell Azərbaycan xalqını  Ramazan bayramı münasibətilə təbrik edir və hər kəsə xoş bayram əhval-ruhiyyəsi arzulayır. Bu bayram sevincini  Azercell-lə birgə yaşayın!
 
Aktual.az
Xəbər 537 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR