“Azercell” daha 3 şəhərdə 4G stansiyaları quraşdırıb

“Azercell” daha 3 şəhərdə 4G stansiyaları quraşdırıb

 Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom” şirkəti yeni 4G stansiyalarını quraşdırıb.

Aktual.az  xəbər verir ki, artıq Bakı, Abşeron yarımadası və Gəncə ilə yanaşı Bərdə, Şəmkir və Lənkəranda da "Azercell” abunəçiləri 4G xidmətinin gücündən yararlana bilirlər. Belə ki, 4G xidmətlərinə qoşulmaq istəyən abunəçilər Şəmkir, Bərdə və Lənkəranda yerləşən "Azercell” rəsmi servis məntəqələrindən LTE şəbəkəsini dəstəkləyən sim-kartları təmənnasız olaraq əldə edə bilirlər.
Qeyd edək ki, "Azercell” 2017-ci ilin sonuna qədər 4G şəbəkəsini sürətlə gücləndirmək və regionlara yaymaq məqsədi ilə 127 ədəd 4G stansiyası quraşdırmağı planlaşdırır ki, bunların da 33-ü Bakı, Abşeron və Sumqayıt, 94-ü isə bölgələrin payına düşür.
Məlumat üçün bildirək ki, 4G şəbəkəsinin təmin etdiyi yüksək sürət müasir internet məkanının təklif etdiyi mobil TV, videokonfrans, onlayn oyun və müxtəlif proqramlardan daha rahat istifadəni mümkün edir. 4G-nin təmin etdiyi yüksəksürətli internet xüsusilə də cihazdan-cihaza, M2M xidmətlərinin inkişafına təkan verir. Məlumatların ölçülməsi, toplanılması və ötürülməsinə imkan verən bu texnologiya bank, nəqliyyat, təhlükəsizlik, səhiyyə, kommunal xidmətlər və s. sahələrdə istifadə olunur.
Qeyd edək ki, "Azercell” ölkədə ən böyük 4G şəbəkəsinə sahibdir. 2017-ci ildə "Azercell”in 4G internet istifadəçilərinin sayı ötən illə müqayisədə 5 dəfə artıb, mobil internetdən istifadə həcmi isə 55% çoxalıb. Ötən il ərzində "Azercell” 4G şəbəkəsini 84,1% gücləndirib. Şirkətin abunəçi bazası 4,5 mln.-dur.
 
Aktual.az
Xəbər 35 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR