Azərbaycanlılar xaricə daha çox hansı əməliyyat üçün gedirlər?

Azərbaycanlılar xaricə daha çox hansı əməliyyat üçün gedirlər?

"Bu gün hər hansı cərrahi əməliyyata ehtiyacı olan xəstə Azərbaycandan xaricə göndərilmir. Çünki həmin xəstələrin ölkədəki cərrahlar tərəfindən müalicə və əməliyyat olunmaq imkanı var. Onlar göndərişlə ölkə xəstəxanalarına yerləşdirilir və əməliyyatlar uğurla icra edilir”.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş cərrahı, nazirliyin "Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiya”sının üzvü Hacıqulu Bağırov deyib.
Baş cərrah qeyd edib ki, ölkədə mövcud qanunvericiliyə əsasən, İran, Rusiya, Türkiyə və ya digər ölkələrdə müalicə olunmaq istəyənlər öz istəyi və maliyyəsi hesabına xaricdə həkim, tibb müəssisəsi seçə bilər. Onun sözlərinə görə, xaricə gedənlərin çoxu fəsadlarla geri dönür: "Onların fəsadlarını da biz qarşılayırıq. Xaricə getmək istəyənlərin əksəriyyətinin istəyi plastik əməliyyat etdirmək olur. Qeyd edim ki, bu gün plastik əməliyyatlar da Azərbaycanda yüksək səviyyədə icra olunur”.
H. Bağırov qeyd edib ki,  bu gün bütün dünyada, o cümlədən Azərbaycanda olan gənc mütəxəssislər daha çox laporaskopik əməliyyatların icra olunmasına üstünlük verir: "Həm açıq, həm də laporaskopik əməliyyatın bir vacib şərti  onu icra edən cərrahın hazırlıqlı olmasıdır. Əgər cərrah nəzəri cəhətdən həmin əməliyyatın icra olunmasını bilirsə, onun necə aparılmasının fərqi yoxdur. Əsas məsələ odur ki, həkimin ümumi savadı, həmin əməliyyat haqqında məlumatı olsun. Məsələn, mədə əməliyyatı edən hər hansı bir cərrah mədənin ətrafında olan toxumalar, üzvlər haqqında məlumatlı olmasa, onu necə icra edə bilər?”
 
Aktual.az
Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR