Azərbaycanlılar Türkiyədən bu qədər ev alıb

Azərbaycanlılar Türkiyədən bu qədər ev alıb

2017-ci ilin oktyabr ayı ərzində xarici vətəndaşlar Türkiyədə 122 882 daşınmaz əmlak alıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu, Türkiyənin Statistika İnstitutunun açıqladığı rəqəmlərdən məlum olur.
Ötən ilin analoji ayı ilə müqayisədə ötən ay xarici vətəndaşlara satılan daşınmaz əmlakın sayı 2 677 obyekt və 70,9% artıb.
Xarici vətəndaşlar ən çox İstanbulda daşınmaz əmlak alır. Ötən ay xaricilər İstanbulda 1 321 obyektə yiyələnib. İkinci yerdə Antalyadır (465 obyekt).
Hesabat dövründə Səudiyyə Ərəbistanı vətəndaşları Türkiyədə 528, İraq vətəndaşları 344, Azərbaycan vətəndaşları 278, Küveyt vətəndaşları 154, Rusiya vətəndaşları isə 125 ədəd daşınmaz əmlak alıb.


Aktual.az 
Xəbər 63 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR