Azərbaycanlılar intihara cəhd etdi - Ukraynada

Azərbaycanlılar intihara cəhd etdi - Ukraynada

Ukraynanın müxtəlif vilayətlərində iki Azərbaycan vətəndaşı ölkəni tərk edə bilməməyə və bürokratik təzyiqlərə görə intihara cəhd edib, hər ikisi təsadüf nəticəsində ölümdən xilas edilib.

Aktual.az Report-a istinadən xəbər verir ki, Luqansk vilayətinin Lisiçansk şəhər azərbaycanlılar Konqresinin sədri Təbriz Rəsulbəyov bildirib ki, Azərbaycan vətəndaşı, Goranboy rayonu Borsunlu kəndindən olan, 1971-ci il təvəllüdlü Cəfərov Bəxtiyar Misir oğlu özünü asmağa cəhd edib, təsadüf nəticəsində yaxınlarının müdaxiləsi nəticəsində ölümdən xilas olunub.

Onun sözlərinə görə, intihar etmək üçün səbəb onun xeyli müddətdir Azərbaycana gələ bilməməsidir: "Ümumiyyətlə Ukraynanı tərk edə bilmir. Uzun zamandır pasportunun vaxtı bitib, Ukraynada aidiyyəti qurumlara, səfirliyə dəfələrlə müraciət edilsə də kömək göstərən yoxdur. Sonuncu dəfə tamamilə onu rədd ediblər, o da özünü öldürmək qərarına gəlib. Çünki xeyli müddətdir Azərbaycana ailəsinin yanına gedə bilmir, Vətəndə həll ediləsi ciddi problemləri var. Çıxılmaz vəziyyətdədir. O hazırda nəzarətdə saxlanılır və hər an özünə qəsd edə bilər”. T.Rəsulbəyov bildirib ki, B.Cəfərovun sənəd məsələsi ilə bağlı gələn ay məhkəmə olmalıdır.

Digər intihara cəhd hadisəsi Donetsk şəhərində qeydə alınıb. Əslən Bakıdan olan 1980 təvəllüdlü, sahibkar kimi fəaliyyət göstərən Kərimov Qasım Orduxan oğlu sənədləri ilə bağlı yerli orqanlar tərəfindən dəfələrlə incidilməsinə görə silahla özünü vurmaq istəyib. Həyat yoldaşının vaxtında müdaxiləsi nəticəsində onun həyatı xilas olunub.
 
Aktual.az
Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR