Azərbaycanlılar ən çox nədən ölürlər? – STATİSTİKA

Azərbaycanlılar ən çox nədən ölürlər? – STATİSTİKA

Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb.

Aktual.az-ın Trend-ə istineadən verdiyi məlumata görə, ötən il Azərbaycanda 56648 nəfər dünyasını dəyişib ki, bu da 2015-cü illə (54 697) müqayisədə çoxdur.

Ötən il dünyasını dəyişənlərin 34093-ü (2015-ci ildə 32825 nəfər) qan dövranı sistemi xəstəliklərindən, 8252-i (2015-ci ildə 7 278 nəfər) yenitörəmələrdən, 1815-i (2015-ci ildə 1712 nəfər) tənəffüs orqanları xəstəliklərindən, 2731-i (2015-ci ildə 2646 nəfər) travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.

Əhalinin hər 100000 nəfərinə düşən bütün səbəblərdən ölənlərin sayı üzrə də artım qeydə alınıb. Belə ki, 2016-cı ildə hər 100 min nəfər arasında 587,8 ölüm halı qeydə alınıbsa, 2015-ci ildə bu göstərici 574,0 olub.
 
Aktual.az
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR