Azərbaycanlı Ukraynada baş prokuror təyin edildi - DOSYE

Azərbaycanlı Ukraynada baş prokuror təyin edildi  - DOSYE

Ukraynanın baş prokuroru Yuri Lutsenko Gündüz Məmmədovun Krım Muxtar Respublikasının baş prokuroru təyin edilməsi barədə əmr imzalayıb.

Aktual.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə UBP-nun məlumatında deyilir. Qeyd edək ki, Krım MR-in prokurorluğu Kiyevin Reznitskaya küçəsində yerləşir.

Ukraynanın baş hərbi prokuroru Anatoli Matios avqustun 22-də Məmmədovu prokurorluğun kollektivinə təqdim edib.

Gündüz Məmmədov baş ədliyyə müşaviridir, 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini "hüquqşünaslıq" ixtisası üzrə bitirib. 1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb.

2013-cü ilin mart ayından 2013-cü ilin dekabr ayına kimi Ukrayna Milli Prokurorluq Akademiyasında şöbələrdən birinin baş elmi işçisi olub. 2013-cü ilin dekabr ayından 2016-cı ilin avqustuna qədər şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini işləyib.

Aktual.az

Xəbər 6707 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR