Azərbaycanlı teleaparıcı təhqir yağdırdı: “Gedin qızınızın, arvadınızın...” - Video

Azərbaycanlı teleaparıcı təhqir yağdırdı: “Gedin qızınızın, arvadınızın...” - Video

Aparıcı Sərxan Kərəmoğlunun müğənni Mətanət Əsədovanı efirdə öpüşlərə qərq etməsi böyük qalmaqala səbəb olub.

"Lider TV"də yayımlanan "Evimin qonaqları” adlı proqramda aparıcı Sərxan Kərəmoğlu sənətçini "Ay Allah, nədir bu? Baldı, bal! Nə gözəl parfum vurub gəlmisən. Parfumunun dadı, özünün dadı, bədəninin dadı… 18 plyusdur, artıq hər şey eləmək olar” deyərək opüb. İzləyicilər isə hər iki sənətçinin hərəkətini tərbiyəsizlik kimi qiymətləndirərək onları təhqir ediblər.
AzNews.az xəbər verir ki, aparıcı Sərxan Kərəmoğlu onu tənqid edənləri cavabsız buraxmayıb: "Tərbiyəsizlər! İlk növbədə gedin öz evinizdə qeyrətdən, namusdan danışıb, oranızı düzəldin, sonra kiminsə həyatına burnunuzu soxun. Mətanət dostumdu, qardaşımdı, özümüz bilərik, öpmüşəm, əcəb eləmişəm. Qeyrətli oğlanlar və bizə tərbiyəsiz yazanlar, gedin evinizdə qızınızın, arvadınızın, bacınızın türk ulduzları gələndə özlərini yolanlara fikir bildirin. Və qeyrətinizi o zaman bildirin. Sizinkilər evinizdə flmlərdə opüşmə səhnəsi gedəndə evdəkiləriniz bəlkə televizoru yalayır. Xəbəriniz olmur, çünki sizin gözünüz onun-bunun orasında-burasındadır. Bəzi əli mənə çatmayan sənət adamlari "bu nə aparıcıdır?” deyə basqa profildən kommentlər yazırsız. Ayıb olsun sizə ki, sənətə gəlmisiniz.”

Xəbər 852 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR