Azərbaycanlı pianoçunun ifası hollandiyalıların marağına səbəb olub

 Azərbaycanlı pianoçunun ifası hollandiyalıların marağına səbəb olub

Niderlandda fəaliyyət göstərən Odlar Yurdu- Niderland Azərbaycan Dostluq Ccəmiyyətinin dəvəti ilə, Bakı şəhər T.Quliyev adına 12 saylı musiqi məktəbinin 8-ci sinif şagirdi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Ayan Eyvaz qızı Məmmədli Niderlandda olub.
 
Səfər çərçivəsində Ayan Məmmədli Azərbaycan Respublikasının Niderland Krallığında yerləşən səfirliyində AXC-nin 100 illiyi münasibəti ilə təşkil olunmuş mötəbər tədbirdə iştirak edib.
Tədbir gənc pianoçu Ayan Məmmədlinin ifasında səsləndirilən Azərbaycan Dövlət himni ilə açılıb. Bundan sonra Ayan Məmmədli geniş proqramla çıxış edib. Onun 1 saatlıq proqramla böyük şövqlə ifa etdiyi Q.Qarayev, T.Quliyev, T.Bakıxanov, V.Adıgözəlov, F.Şopen, P.İ.Çaykovski, E.Lecuona, Kapustin, S.Raxmaninov həmyərlilərimizin və holland tamaşaçıların böyük rəğbətinə və marağına səbəb olub. Hollandiyanın musiqi ictimayətini təmsil edən bir qrup nümayəndələr gənc azərbaycanlı pianoçu ilə, bundan sonra mütəmadi olaraq yaradıcılıq əlaqələrində olmaq istəklərini bildiriblər. Respublikamızın sərhədlərindən çox-çox uzaqlarda Ayanın bu uğurlu ifası AXC- nin 100 illiyinə ən böyük tövhə olub.
 
Aktual.az
Xəbər 1797 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR