“Azərbaycanlı olsam da, mənə yox, erməniyə olan dəstəyi gördüm”

“Azərbaycanlı olsam da, mənə yox, erməniyə olan dəstəyi gördüm”

Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirində ikinci yeri tutan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov özünün "Feysbuk" hesabından görüşlə bağlı açıqlama verib.
 
Aktual.az xəbər verir ki, 33 yaşlı qrossmeyster azarkeşlərdən üzr istəyib:
"Dostlar, sizdən şikayətim yoxdur, sadəcə, məni dinləyin. Zamanım az olsa da, sizləri izlədim. Azərbaycanlı olsam da, mənə yox, italyana, erməniyə olan dəstəyi də gördüm. Demək istədiyim budur – yaxşı ki, varsınız”.
Amma sonuncu olmaq hissiyatını yaxın belə buraxmadım. Çox sağ olun, mənə sona qədər inandınız. Bütün mesajlarınızı aldım. Cavab almadınızsa, üzrlü sayın, sadəcə, inanın. Yaxşı ki, varsınız. Biz geri qayıdacağıq. Uğurlar və 10 dəfə çox sağ olun”.
Qeyd edək ki, İddiaçılar Turnirinin qalibi 9 xalla ABŞ şahmatçısı Fabiano Karuana olub. Ş.Məmmədyarov isə 8 xal toplayıb.
Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR