Azərbaycanlı milyarderlə bağlı dəhşətli sirr - AÇILDI

Azərbaycanlı milyarderlə bağlı dəhşətli sirr  - AÇILDI

Moskvanın daşınmaz əmlak kralı, Azərbaycan əsilli milyarder Qod Nisanovla qalmaqallı jurnalist-biznesmen, lifenews.ru saytının redaktoru Aram Qabrielyanov arasında sensasion yazışma açıqlanıb.

Aktual.az virtualaz.org-a istinadən xəbər verir ki, bu yazışma “Anonim beynəlmiləl” adlı haker qrupunun lifenews.ru –nun bəzi əməkdaşlarının, o cümlədən Aram Qabrielyanovun elektron poçtunu “sındırması” nəticəsində üzə çıxıb.

“The Moskow Post” bildirir ki, yazışmada azərbaycanlı milyarder-oliqarx Aram Qabrielyanovdan xahiş edir ki, Ren TV telekanalında onun Moskvadakı nəhəng topdansatış ərzaq bazası “Food City” haqda tənqidi reportajını kimin sifariş etdiyini araşdırsın.

Reportajda “Food City”-də saxta alkaqollu içkilərin topdansatışı barədə bəhs olunurdu. Həmin içkidən ötən il Moskvada bir neçə nəfər zəhərlənərək ölüb. Güc strukturlarının əməkdaşları saxta içkinin mənbəyinin “Food City” olduğunu müəyyənləşdirib. Habelə reportajda deyilirdi ki, “Food City” Moskvanı yeni “Çerkizon”una çevrilib. Bazardan atılan zir-zibil ətrafı bürüyüb, antisanitariya hökm sürür.

Xatırladaq ki, “Food City” Qod Nisanov və Zarah İliyevə, habelə onların ortağı, Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimova məxsusdur. “Üçlük” Moskvada digər çoxsaylı kommersiya daşınmaz əmlaka da malikdir. Bura “Sadovod” bazarı, “Ukrayna” oteli, “Lotos” ticarət mərkəzi və digərləri daxildir.

Aktual.az

Xəbər 17050 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR