Azərbaycanlı milyarderin şirkətinə pul ayrıldı – 1 milyard

Azərbaycanlı milyarderin şirkətinə pul ayrıldı –   1 milyard

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovun rəhbəri olduğu “LUKoyl” şirkətinə “Şahdəniz” dəniz qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi üçün sindikatlaşdırılmış kreditin ayrılmasında iştirakı barədə qərar qəbul edib.

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə AYİB-in materiallarında qeyd olunur.

Kreditin ümumi həcminin 1 milyard dollaradək olacağı gözlənilir. Səlahiyyətli təşkilatçılar qismində hərəsi təxminən 500 milyon dolların cəlb olunmasını təmin edəcək AYİB və Asiya İnkişaf Bankı (AİB) çıxış edir.

Borcalan qismində LUKoyl-un xarici layihələrinin operatoru olan LUKOIL Overseas-a məxsus LUKOIL Overseas Shah Deniz Ltd. çıxış edir.

AYİB-in nümayəndəsi RİA Novosti-yə məlumatı təsdiqləyib: “Biz kreditin təqdir olunduğunu təsdiqləyə bilərik, imzalanmanı (sazişin – red.) gözləyirik”, - deyə, agentliyin müsahibi bildirib.

Ümumilikdə Rusiyanın ən böyük özəl neft şirkəti “Şahdəniz” layihəsinin ikinci mərhələsi çərçivəsində 3 milyard dollara yaxın yatırım etməlidir.

“LUKoyl”un “Şahdəniz” layihəsindəki payı 10% təşkil edir.

Layihədə həmçinin Böyük Britaniyanın BP (layihənin operatoru) 28,8%, Türkiyənin TPAO şirkəti – 19%, Azərbaycanın SOCAR-ı – 16,7%, Malayziyanın Petronas-ı – 15,5% və İranın NİCO – 10% şirkətləri iştirak edirlər.

 
Xəbər 879 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR