Azərbaycanlı milyarderin mədənində FACİƏ - 109 nəfər torpağın altında qaldı

Azərbaycanlı milyarderin mədənində FACİƏ - 109 nəfər torpağın altında qaldı
  • DÜNYA

Rusiya Federasiyasının Komi Respublikasında "Yareqaneft” mədənində uçqun baş verib.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildirilib.
İlkin məlumatlara görə, bir fəhlə həlak olub.
"Şaxtada hadisə vaxtı 109 nəfər var idi”, - agentliyin həmsöhbəti deyib.
Onun sözlərinə görə, mədən ştat rejimində işləyir.
Məlumata görə, mədən "Lukoyl" şirkətinin (Şirkətin rəhbəri azərbaycanlı milyarder Vahid Ələkbərovdur –red.) strukturuna daxildir. Hazırda hadisənin səbəbləri araşdırılır. Hadisə yerində xilasedicilərin operativ qrupu işləyir. Zərərçəkənlər üzrə informasiya dəqiqləşdirilir.
 
Aktual.az
Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR