Azərbaycanlı iş adamı Ukraynada itkin düşdü

Azərbaycanlı iş adamı Ukraynada itkin düşdü

Belarusun Qomel vilayətindən Ukraynaya gələn azərbaycanlı iş adamı itkin düşüb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Rusiya vətəndaşı, uzun müddətdir Qomeldə yaşayan, əslən Azərbaycanın Gəncə şəhərindən olan 1974-cü il təvəllüdlü Həsənov Ruslan Əli oğlu sonuncu dəfə bir həftə əvvəl Ukraynanın Xarkov şəhərində olub.

Biznesi ilə bağlı Xarkova gəldiyi bildirilən R. Həsənovla bütün əlaqələr kəsilib. Artıq polisə müraciət edən yaxınları onun buna qədər bir neçə dəfə təhdid olunduğunu bildiriblər. İş adamı taxta biznesi ilə məşğul olub.
 
Aktual.az 
Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR