Azərbaycanlı gənclər aksiya keçirdi - Ermənistanın səfirliyi qarşısında

Azərbaycanlı gənclər aksiya keçirdi - Ermənistanın səfirliyi qarşısında
  • DÜNYA

Bir qrupu azərbaycanlı gənc Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Aktual.az "Report"a istinadən xəbər verir ki, əllərində Azərbaycan bayragı, "Dilqəm Əsgərova və Şahlar Quliyevə azadlıq", "Əsirlərimizə azadlıq", "Torpqlarımıza azadlıq", "Ermənistan işğalçıdır", "Sarqisyan terrocudur" şüarları yazılmış plakatlar tutan aksiya iştirakçıları Ermənistanın girovluğunda olan Dilqəm Əsgərov və Şahlar Quliyevin azad olunmasını, Ermənistandan işğalçılıq siyasətinə son qoymasını, işğal altında olan torpaqlardan geri çəkilməyi tələb ediblər.
Aksiyanın əsas təşkilatçılarından biri, Bavariyadakı Azərbaycan Diaspor Mərkəzinin rəhbəti Akif Məmmədov deyib ki, əsas məqsəd işgal olunmuş Azərbaycan torpaqlarının azad olunmasına, qanunsuz həbsdə olan soydaşlarımızın azadlığa buraxılmalarına nail olmaq, dünya ictimayyətinin diqqətini Ermənistanın işğalçılıq siyasətinə yönəltməkdir. Onun sözlərinə görə, bu cür tədbirlər davamlı olacaq, başqa şəhərlərdə də təşkil olunacaq.
Ermənistanda həbsdə olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsvərov deyib ki, onlar atasının və Ermənistanın girovluğunda olan digər azərbaycanlıların azad olunması üçün aksiyaları davam etdirəcəklər.
Metronun Marcanaşvili stansiyasindan başlayan aksiya Ermənustan səfirliyi qarşında başa çatib. Polis aksiya iştirakçılarını səfirliyin qarşısına buraxmayib.
Aksiya dinc şəraitdə keçib.
 

Aktual.az

Xəbər 330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR