Azərbaycanlı gənc erməni qızına aşiq oldu və öldürdü

Azərbaycanlı gənc erməni qızına aşiq oldu və öldürdü

“Dostları qızın hər addımı barədə ona məlumat çatdırıblar”.

Qətl hadisəsi ötən bazar günü Moskvada baş verib.

Piroqov adına Rusiya Tibb Universitetinin 19 yaşlı tələbəsi olan Anna adlı qız Moskva metrosunun “Oqradnoye” stansiyasının qarşısında sevgisinə razılıq vermədiyi azərbaycanlı gənc tərəfindən bıçaqlanaraq öldürülüb.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, öldürülən Anna (ad şərtidir-red.) erməni ailəsindən olub.

Bəlkə də onun arxasınca Rusiya Müdafiə Nazirliyinin Hərbi Universitetinin III kursunda oxuyan, Edik adlı 19 yaşlı “qeyri-adekvat gənc” düşməsəydi hər şey yaxşı olacaqdı.

Onlar hələ orta məktəbdə oxuyarkən görüşüblər, ancaq belə görünür ki, Anna münasibətləri kəsməyi qərara alıb.

Lakin bu, Ediki qane etməyib və o, heç də normal olmayan metodlarla qızın etimadını yenidən qazanmağa çalışıb. Məsələn, o, dostları ilə birlikdə maşın korteji təşkil edərək qızın yaşadığı evin qarşısında dayanıb, yaxud onun dalınca adam salaraq izlətdirib.

Dostları qızın hər addımı barədə ona məlumat çatdırıblar.

Həmçinin azərbaycanlı gənc qızı hədələyib.

Qızın atası dəfələrlə oğlanın anasından bu təqiblərə son qoyulmasını istəyib, ancaq Edikin anası oğlunun hərəkətlərinə bəraət qazandırıb. Bildirilir ki, qız və valideynləri bir neçə dəfə polisə şikayət də ediblər, ancaq müstəntiqlər ortada cinayət tərkibi tapmayıblar.

Onun bu hərəkətlərinə oktyabrın 12-də saat 19.00-da son qoyulub.

Nəhayət, oktyabrın 12-də Anna metronun “Frunzensk” stansiyasından evlərinə yola düşüb. Atasına tezliklə evə gələcəyinə dair SMS göndərib. Ancaq aradan iki saat keçsə də qız gəlməyib. Atası onun dalınca metroya gedib və qızının cəsədini Xaçaturyan küçəsi, ev 16 ünvanında küçədə aşkar edib.

İlkin məlumatlara görə, Edik qızı metronun qarşısında gözləyib və zorla başqa səmtə çəkərək qısa söhbətdən sonra ona qarın nahiyəsindən bir neçə bıçaq zərbəsi endirib.

Qızın atası şokdadır və qatili özü cəzalandırmaq istəyir.

Şübhəli bilinən şəxs saxlanılıb, onunla əməliyyatçılar işləyir

Xəbər 553 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR