Azərbaycanlı aktrisanın qızı türkiyəli rejissorla ailə qurdu

Azərbaycanlı aktrisanın qızı türkiyəli rejissorla ailə qurdu

Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Yasəmən Malikin qızı Cahan Azərin məşhur türk rejissoru Savaş Çıkrakla toyu baş tutub. Toya bir çox sənət adamları qatılıb. Açıq havada təşkil edilən mərasim gecə saat 1-ə kimi davam edib.

Aktual.az  bu barədə Milli.Az-a istinadla xəbər verir.

Cahan Azər bir müddət Azərbaycanda rejissor və dublyaj sahəsində çalışıb, Türkiyədə magistr təhsili alıb. O, həm də Türkiyənin ən məşhur serialları olan "Şefkattepe”, "Qalib Dərviş”də çəkilib.

Savaş Çıkrak isə "Habertürk” kanalında rejissor vəzifəsində çalışır. Onunla bağlı Türkiyə mətbuatında "Bülənt Ərsoyun heç sevmədiyi, Hülya Avşarın isə lap çox sevdiyi rejissor” adlı yazılar dərc olunub.

C.Azər və S.Çıkrak hazırda Türkiyədə "Doyuran kareler” adlı sosial layihənin rəhbəri və yaradıcılarıdır. Onlar küçə heyvanlarına alınan qida qarşılığında insanları pulsuz fotosessiya edirlər.
 
Aktual.az
Xəbər 430 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR