Azərbaycanla İran arasında ticarət dövriyyəsi 30 faiz artıb

Azərbaycanla İran arasında ticarət dövriyyəsi 30 faiz artıb

"Azərbaycan və İranı ortaq mənəvi dəyərlər birləşdirir”.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, bunu   İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə Bakıda keçirilən tədbirdə çıxış edən iqtisadiyyat  naziri  Şahin Mustafayev  bildirib.
 
Şahin Mustafayev vurğulayıb ki, iki qonşu ölkə arasında əlaqələr ən yüksək səviyyəyə qalxıb:  "Son 4 ildə investisiya, ticarət sahəsində inkişaf əldə olunub.  2017 -ci ildə ticarət dövriyyəsi 30 faiz artıb.
 
Dünən Astara-Astara dəmiryolu xətti üzrə ilk sınaq yük qatarı İrana yola salınıb. İranda yük terminalının tikintisinə başlanılıb. Azərbaycan İran Rəşt-Astara dəmiryolu layihəsinin maliyyələşdirilməsi üzrə danışıqlar aparılır. 
 
Bundan başqa, ölkələrimiz arasında humanitar, təhsil, mədəniyyət sahələrində də inkişaf davam edir".
 
Aktual.az
Xəbər 451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR