Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollara çatıb

Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollara çatıb

"2017-cil ildə Azərbaycanda ümumdaxili məhsul və qeyri-neft sektoru artıb, qeyri-neft sənayesində 3.6, kənd təsərrüfatında 4.1 faiz artım əldə olunub, valyuta ehtiyatları 4.5 milyard dollar artaraq, 42 milyard dollara çatıb. Ötən il bir çox önəmli layihələr icra edilib”.

Aktual.az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, 2017-ci ildə Azərbaycan iqtisadiyyatına 14.6 milyard dollar sərmayə qoyulub, ixrac 19 faiz, qeyri-neft ixracı isə 24 faiz artıb: 
"İdxalın sabit qalması böyük nəticədir. Hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Ötən il 177 min daimi olmaqla, 221 min yeni iş yeri açılıb. İşsizlik 5 faiz, yoxsulluq isə 5.4 faiz səviyyəsində qərarlaşıb. Bu, dünya səviyyəsində ən yaxşı nəticələrdən biridir. İnfrastruktur layihələri də diqqət mərkəzində saxlanılır. Elektrik təchizatı yaxşılaşdırılıb, yeni yarımstansiyalar işə düşüb, bölgələrdə qazlaşdırma işləri sürətlə aparılır. Kənd təsərrüfatının inkişaf üçün önəmli tədbirlər görülür. Ötən il 1300 kilometr avtomobil yolu, o cümlədən 500-dən çox kəndə yol çəkilib, içməli su layihələri uğurla icra edilib. 133 yeni məktəb, 30 tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub. İki olimpiya kompleksi istifadəyə verilib. 2300 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Cocuq Mərcalının bərpası tarixi nailiyyətdir”.
 
Aktual.az
Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR