Azərbaycanın tanınmış rejissoru vəfat etdi

Azərbaycanın tanınmış rejissoru vəfat etdi

Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev vəfat edib.

Aktual.az report-a istinadən bildirir ki, o, uzun sürən ağır xəstəlikdən bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, F.Əliyevin 43 yaşlı oğlu Rəşad Əliyev də yaxın günlərdə dünyasını dəyişib. İctimai Televiziyanın (İTV) əməkdaşı olan R.Əliyevin fevralın 27-də dənizdən meyidi tapılıb.

Xatırladaq ki, F.Əliyev 12 dekabr 1939-cu ildə Bakıda anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nin aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nin iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib.

O, "Yuxu", "Axırıncı dayanacaq", "Ölüm növbəsi" və s. filmlərin rejissoru olub.

Xəbər 763 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR