Azərbaycanın neftdən gələn gəlirləri 32% artdı

Azərbaycanın neftdən gələn gəlirləri 32% artdı

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 1 mln. 988 min 124,61 dollar dəyərində 4 mln. 867 min 944,75 ton xam neft ixrac edib.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistik hesabatda bildirilir.

Rəqəmlərin təhlili göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan neft nəqlini 10,5% və ya 570 min 9,32 ton azaldıb.
 
"Qara qızıl"ın nəqlinin azalmasına baxmayaraq, neft gəlirlərində artım müşahidə olunur. Belə ki, arxada qoyduğumuz rüb ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə neft gəlirləri 634 min 734,18 dollar və ya 31,9% çox olub.
 
Aktual.az  
Xəbər 561 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR