Azərbaycanın ixracı yarıyadək azalıb

Azərbaycanın ixracı yarıyadək azalıb

Dövlət Gömrük Komitəsi məlumat yaydı.

Bu ilin 11 ayında xarici ticarətin həcmi ötən ilin eyni dövrünə nisbətən 34,73% azalıb. idxal əməliyyatları 1,03% artsa da, ixrac əməliyyatları 48,73% azalıb.

Aktual.az  Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, ticarət əməliyyatlarının həcmi 18 milyard  815 milyon 373 min dollar, idxal əməliyyatlarının həcmi isə 8 milyard 196 milyon 177 min dollar təşkil edib. 

Əsas malların ixracında azalmalar belə olub:

Xam neft – 53,01 %

Neft məhsulları – 45,62%

Təbii qaz – 27,11 %

Çay – 36,17%

Bitki və heyvan mənşəli piy və yağlar – 21,42%

Şəkər – 5,58%

Spirtli və spirtsiz içkilər – 17,84%

Plastmas və onlardan hazırlanan məmulatlar – 29,17%

Emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri – 49,47%

Qara metallar və onlardan hazırlanan məmulatlar – 20,89%.

İxracda əsas mallardan kimya sənayesi məhsulları 20,69%, meyvə-tərəvəz – 3,99%, alüminium və ondan hazırlanan məmulatlar 3,81% artıb.

İdxalda isə artım belə olub:

Ət – 0,11%

Meyvə-tərəvəz – 129,63%

Buğda – 4,10%

Əczaçılıq məhsulları – 18,74%

Oduncaq və ondan hazırlanan məmulatlar – 79,66%

Qara metallar və onlardan hazırlanan məmulatlar – 66,98%

Nəqliyyat vasitələri və onların hissələri – 49,74%

Bir sıra məhsulların idxalında azalmalar da diqqət çəkir: süd – 17,21%, kərəyağı – 10,05%, şəkər – 35,6 %, neft məhsulları – 54% və s.

Xəbər 500 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR