Azərbaycanın ixracı 50%-ə yaxın azalıb

Azərbaycanın ixracı 50%-ə yaxın azalıb

İdxal olunun məhsulların çeşidlərinin sayı 5 352 ədəd olub.

2016-cı ilin yanvar-mart aylarında Azərbaycanın xarici ölkələr ilə apardığı ticarət əməliyyatlarının həcmi 3 milyard 606 milyon 542 min dollar həcmində olub. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 37,98% azalma deməkdir. 

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən xəbər verir. 

Cari ilin birinci rübündə 1 milyard 825 milyon 922 min ABŞ dollar həcmində məhsul idxal olunub ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 24,90% azalma deməkdir. 

Azərbaycandan müvafiq dövrdə 1 milyard 780 milyon 619 min ABŞ dollar həcmində məhsul ixrac edilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 47,38% azalma deməkdir. 

İdxal olunun məhsulların çeşidlərinin sayı 5 352 ədəd, ixrac olunan məhsulların çeşidlərinin sayı isə 1 249 ədəd olub. 

Ümumilikdə, bu il xarici ticarət dövriyyəsində 45 milyon 302,21 min dollarlıq mənfi saldo yaranıb.

Xatırladaq ki, ötən ilin ilk rübündə xarici ticarət dövriyyəsində 955 237,95 min dollarlıq müsbət saldo qeydə alınmışdı. 

Xəbər 418 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR