Azərbaycanın baş prokurorundan Avropa Parlamentinə etiraz

Azərbaycanın baş prokurorundan Avropa Parlamentinə etiraz

Azərbaycanın Baş Prokurorluğu Avropa Parlamentinin qərəzli qətnaməsi ilə bağlı Beynəlxalq Prokurorlar Assosiasiyasının Sürixdə keçirilən toplantısında bəyanat verib. Avropa Parlamentinin Azərbaycan haqqında qətnamə qəbul etməyə ixtiyarı yoxdur. Çünki Azərbaycanın Avropa Parlamenti qarşısında öhdəliyi yoxdur.

Bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib.

Z.Qaralov bildirib ki, digər tərəfdən hüquqi müstəvidə həll olunan məsələləri siyasiləşdirmək olmaz: "Bildiyiniz kimi, mərhum jurnalist Rasim Əliyevin qətlə yetirilməsi faktı ilə bağlı dövlət başçısı məlumatlandırılıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun istintaq əməliyyat qurupu bir günün içində bu cinayətdə iştirak etmiş bütün şəxsləri müəyyən edərək, onların həbsini həyata keçirib. Yaxın zamanlarda isə iş məhkəməyə göndəriləcək. Bu cinayət işinin siyasiləşdirilməsi yolverilməzidr".

Baş prokuror qeyd edib ki, dünyanın bir çox ölkələrində jurnalistlərin qətl hadisəsi baş verir: "Biz bu hadisələri ciddi şəkildə pisləyirik. Çünki bu, bizim cəmiyyətə xas olan hal deyil. Sərhədsiz Reportyorlar Birliyinin məlumatına görə, ötən il dünyada 61 jurnalist qətlə yetirilib. Bu ilin 9 ayı ərzində 41 jurnalist qətlə yetirilib. Belə çıxır ki, hansı ölkədə jurnalist qətlə yetirilirsə, Avropa Parlamenti xüsusi bəyanat verməlidir? Xeyr. Bu qərəzli bəyanatdır. Heç kəs Azərbaycanın daxili işlərinə qarışa bilməz. Bu halda hər kəs çıxarılan hökmlərə hörmətlə yanaşmalıdır. Məhkəmə hakimiyyətin müstəqil qoludur. Heç kəsin məhkəmə hakimiyyətinin işinə qarışmağa ixtiyarı yoxdur".\trend

Aktual.az

Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR