Azərbaycanı "Eurovision"da 17-ci etdilər

Azərbaycanı

"Eurovision"nın rəsmi fan-klubu (OGAE) müxtəlif ölkələrdə keçirdiyi səsvermənin nəticələrini açıqlamağa davam edir. Bu səsvermə final nəticələri haqda ilk təsəvvürü yaradır.

Aktual.az publika.az-a istinadən xəbər verir ki, təşkilatın Azərbaycan nümayəndəliyi də nəticələrini elan edib. Belə ki, fan-klub üzvləri ən yüksək xalı - 12 balı "You are the only one" mahnısını ifa edən Rusiya təmsilçisi Sergey Lazarevə verib. Digər yerlər isə belədir:

Rusiya - 12 bal
Fransa - 10 bal
İtaliya - 8 bal
Avstraliya- 7 bal
Bolqarıstan - 6 bal
Avstriya - 5 bal
Almaniya -4 bal
Estoniya - 3 bal
Latviya - 2 bal
Serbiya - 1 bal

Sözügedən klub 40-dan çox ölkədə fəaliyyət göstərir. Ümumi səsvermədə Fransa, Rusiya, Avstraliya, Bolqarıstan, İtaliya liderdir. Azərbaycan isə Ermənistan və Gürcüstanı qabaqlamaqla 17-ci yerdə qərarlaşıb.

Xəbər 677 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR