Azərbaycandan içki ixracı azalıb, idxalı artıb

Azərbaycandan içki ixracı azalıb, idxalı artıb

 Bu ilin yanvar-may aylarında Azərbaycandan 6,079 mln. ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,073 mln. dollar və yaxud 40,1% azdır.
5 ay ərzində içki ixracı ümumi ixracın 0,2%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 27,316 mln. dollar olub. Bu isə 1 il əvvələ nisbətən 4,152 mln. dollar və yaxud 17,9% çoxdur.
İçki idxalı ümumi idxalda 0,8%-lik paya malik olub.
 
Aktual.az
Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR