Azərbaycandan Həcc ziyarəti başlayır

Azərbaycandan Həcc ziyarəti başlayır

Təkrar gedənlər 535 dollar vergi ödəməlidirlər

Bu il Azərbaycandan Həcc ziyarətinə avqust ayının 24-də başlanacaq. Bu barədə  Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Məlumata görə 900 nəfərlik qrup yola düşəcək. Ziyarət məbləği 3850 dollar müəyyənləşdirilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hökümətinin qərarı ilə 2014, 2015 və 2016-cı illərdə Həcc ziyarətində olanlar və bu il təkrar getmək istəyənlər 535 dollar vergi ödəməlidirlər. Bu vergini Səudiyə Ərəbistanı hökuməti tələb edir.

QMİ-dən bildirilib ki, bu il təkrar Həcc ziyarətinə getmək istəyənlərin sayı hələlik 40-50 nəfərdir. Onların sayının artacağı da istisna edilmir.
 
Aktual.az
Xəbər 175 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR