Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 621,8 min dollar pul köçürülüb.

APA-nın yerli bürosu Gürcüstanın Milli Bankına istinadən xəbər verir ki, bu, fevral ayının göstəricisi ilə müqayisədə 22,6% çoxdur.
Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstana köçürülmüş pul vəsaitinin həcmi isə 4 mln. 338,3 min dollar təşkil edib.
Mart ayında qonşu ölkədən Azərbaycana 908,7 min dollar, yanvar-mart aylarında isə 2 mln. 521,2 min dollar köçürülüb.
Ötən ay Gürcüstana xarici ölkələrdən, ümumilikdə 131,1 mln. dollar daxil olub ki, bu da ötən ilin analoji göstəricisindən 17% çoxdur. Gürcüstana mart ayında ən çox pul köçürmələri Rusiya (38,1 mln. dollar), İtaliya (15,5 mln. dollar) və Yunanıstandan (13, 7 mln. dollar) daxil olub.
 
Aktual.az
Xəbər 260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR