Azərbaycandakı ovçuların sayı açıqlanıb

Azərbaycandakı ovçuların sayı açıqlanıb

"Hazırda Azərbaycanda, təxminən, 20-25 min ovçu var". 

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ölkədə ovçuluq vəsiqəsini yalnız ETSN vermir: "2014-cü ildən etibarən Xüsusi Dövlət Mühafizə Xidmətinin Hərbi Ovçuluq İttifaqı da müəyyən qrup insanlara ovçuluq bileti verir və onların biletini alan şəxslər də ovçu sayılır. Bəzi ovçular vaxtilə qanunvericilik dəyişməzdən qabaq "Azərovçu" İctimai Birliyindən bilet alıblar. Lakin həmin biletlər bu gün qüvvədə deyil. Lakin biz onu deyə bilmərik ki, həmin insanlar ovçu deyil. Sadəcə olaraq bir müddət öz fəaliyyətlərini dayandırıblar”.
 
Aktual.az
Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR