Azərbaycandakı 81 neft-qaz yatağından 33-ü qeyri-işləkdir

Azərbaycandakı 81 neft-qaz yatağından 33-ü qeyri-işləkdir

"İndiyədək Azərbaycan ərazisində 81 neft-qaz yatağı aşkar edilib. Hazırda 59 yataqdan karbohidrogen hasil edilir, 33 yataq isə bu və ya digər səbəbdən işlənməyə cəlb olunmayıb və yaxud işlənilməsi dayandırılıb"

"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynovun "İki sahil" qəzetinin xüsusi buraxılışında yer alan məqaləsində deyilir.
 
Müəllif qeyd edir ki, işlənmədə olan 40 yataq Azərbaycanın quru, 10 yataq isə dəniz ərazisində yerləşir: "Hazırda respublikada hasil edilən neftin və qazın əsas hissəsi "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqları hesabına əldə olunur. 2017-ci ildə "Çıraq", "Azəri" və "Günəşli" yatağının dərinsulu hissəsində gündəlik 78 min tona qədər neft və 33 mln. kubmetr qaz hasil edilir. İşlənmənin əvvəlindən bu ilin avqustun 1-nə olan məlumata görə, "Azəri-Çıraq-Günəşli" yataqlarından 433 mln. ton neft və 135 mlrd. kubmetr qaz hasil edilib".
 
B. Hüseynov bildirib ki, "Əsrin müqaviləsi" Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, "Şahdəniz" qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdırdı. Hazırda "Şahdəniz" yatağında 8 işləyən quyudan gündə orta hesabla 30 mln. kubmetr qaz və 7 min ton kondensat hasil olunur. İşlənmənin əvvəlindən "Şahdəniz" yatağından 21,6 mln. kondensat və 84,5 mlrd. kubmetr qaz hasil edilib".
 
Aktual.az
Xəbər 55 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR