Azərbaycanda zorakılığa daha çox hansı qadınlar məruz qalır?

Azərbaycanda zorakılığa daha çox hansı qadınlar məruz qalır?

"Araşdırmalar göstərir ki, aztəhsilli, iqtisadi cəhətdən asılı olan qadınların zorakılığa məruz qalma faizi daha çoxdur".
 
APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda qadınlar cəmiyyətin bütün sahələrində təmsil olunurlar: "Xüsusilə, bu gün qadınlar texniki və maliyyə sahələrinə maraq göstərirlər. 2005-ci ildə 4 min qadın maliyyə və sığorta sahəsində çalışırdısa, 2015-ci ildə bu rəqəm 10 mindən çox olub. 2005-ci ildə tikinti sahəsində 5 min qadın çalışıb, 2015-ci ildə bu rəqəm 7 mindən çoxdur. 2012-ci ildə Azərbaycanda qadın sahibkarların çəkisi 17 faiz idisə, 2017-ci ildə bu, 21 faizi keçib".
 
Komitə sədrinin sözlərinə görə, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox Azərbaycan vətəndaşı məcburi köçkün düşüb ki, onların 450 mini qadın, 309 mini uşaqdır.
 
H. Hüseynova qeyd edib ki, 2002-2015-ci illərdə 3500-dən çox qadına 55 milyon manat güzəştli kredit verilib.
 
Aktual.az
Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR