Azərbaycanda yeni investisiya fondları yaradıla bilər

Azərbaycanda yeni investisiya fondları yaradıla bilər

"Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) xarici tərəfdaşlarla birgə investisiya fondlarının yaradılması imkanını müzakirə edir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə AİŞ-in icraçı direktoru Rövşən Nəcəf deyib.
O, hazırda hansı şirkətlərlə danışıqlar aparıldığını bildirməsə də, bütün təfərrüatların bir müddət sonra açıqlanacağını vurğulayıb.

R.Nəcəfin sözlərinə görə, AİŞ-in əvvəl olduğu kimi, 2018-ci ildə də əsas vəzifəsi qeyri-neft sektoruna, o cümlədən regionlarda sənaye zonalarının yaradılması yolu ilə dəstək vermək olacaq:
"2018-ci ildə belə zonalar Masallı, Hacıqabul və Sabirabad rayonlarında işləməyə başlayacaq. Bizim vəzifəmiz Azərbaycan bütün bölgələrində sənaye zonalarının yaradılmasıdır. Hazırda biz bu istiqamətdə çalışırıq".
Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR