Azərbaycanda yeni internet-radio platforması işə salınacaq

Azərbaycanda yeni internet-radio platforması işə salınacaq

"Bu ilin dekabr ayında KATV1 kabel TV operatorunun "Myvideo" internet saytında yeni radioyayım platformasının anons ediləcəyi gözlənilir".

Aktual.az xəbər verir ki, bunu Trend-ə "Myvideo" layihəsinin rəhbəri Əli Əliyev deyib.
Onun sözlərinə görə, hazırda platformanın təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilir.
"Myvideo" radioyayım platformasında bütün yerli radiokanallar, eləcə də beynəlxalq populyar platformalar yer alacaq.

Bundan başqa, "Myvideo" media-platformasındakı daha bir yenilik monitorinq sistemi olacaq. Bu sistem vasitəsiə telekanallar hansı verilişlərin və layihələrin daha populyar olduğunu müəyyən edəcək.
 
Aktual.az
Xəbər 257 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR