Azərbaycanda övladlığa götürmə qaydalarının dəyişdirilməsi təklif olunur

Azərbaycanda övladlığa götürmə qaydalarının dəyişdirilməsi təklif olunur

Azərbaycanda övladlığa götürmə qaydalarında dəyişiklik edilməsi ilə bağlı təkliflər layihəsi hazırlanır.

Aktual.az-ın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova APA-nın sorğusuna cavab olaraq bildirib ki, Nazirlər Kabinetinin 81 saylı qərarı ilə təsdiq edilmiş "İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”dan irəli gələrək övladlığa götürmə qaydalarının təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanır.

Onun sözlərinə görə, Azərbaycanda övladlığa götürmə qaydası Ailə Məcəlləsi ilə tənzimlənir:

"Ailə Məcəlləsində övladlığa götürmə qaydası, xüsusən də 120-ci maddənin təkmilləşdirilməsi ilə bağlı təkliflər layihəsi hazırlanır. Biz 120-ci maddəni daha da təkmilləşdirmək istəyirik. Təkliflər aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaq”.

T.İbrahimova qeyd edib ki, layihədə övladlığa götürmə ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş xüsusi qaydanın olması nəzərdə tutulub:

"Ailə Məcəlləsinə dəyişikliklər edildikdən sonra artıq Nazirlər Kabineti tərəfindən xüsusi bir qayda tətbiq ediləcək. Qaydalarda bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur. Övladlığa götürmə qaydası, qurumlar arası əlaqələndirmə, qurumların üzərinə düşən funksiyalar, eyni zamanda övladlığa verilmiş uşaqların sonrakı həyat şəraitinə nəzarət edilməsi layihədə göstərilib”.
 
Aktual.az
Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR