Azərbaycanda vəzifəli şəxsin qətli ilə bağlı RƏSMİ MƏLUMAT

Azərbaycanda vəzifəli şəxsin qətli ilə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Tovuzda törədilmiş qətllə bağlı məlumat yayıb.
 
Aktual.az  nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 22-də Tovuz şəhər sakini Vahid Bayramov RPŞ-yə müraciət edərək aprelin 20-də bacısı Raya Bayramovanın evdən çıxmasını və geri qayıtmamasını bildirib.
 
Görülən tədbirlərlə R.Bayramovanın baş nahiyəsində xəsarəti olan meyiti müdiri olduğu Tovuz Dövlət Sığorta İdarəsinin inzibati binasında tapılıb.
 
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən həmin idarədə mühasib işləyən şəhər sakini Vidadi Vəliyev tutulub.
 
Araşdırmalar davam etdirilir.
 
Aktual.az
Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR