Azərbaycanda terrorçu və terror təşkilatı anlayışı genişləndirilib

Azərbaycanda terrorçu və terror təşkilatı anlayışı genişləndirilib

Milli Məclisin bu gün keçirilən iclasında "Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna dəyişiklik müzakirə edilib.
 
APA-nın xəbərinə görə, layihə barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib.
Layihəyə əsasən, qanunun 1-ci maddəsinin üçüncü bəndində bildirilir ki, terrorçu-hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və icraçı qismində iştirak edən və ya bu cür aktları hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən fiziki şəxsdir. Bəndin hazırda qüvvədə olan variantı isə belədir: "Terrorçu-hər hansı bir formada terror fəaliyyətinin həyata keçirilməsində iştirak edən şəxsdir”.
Maddənin dördüncü bəndində təklif olunan dəyişiklikdə isə deyilir ki, terror təşkilatı – hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və icraçı qismində iştirak edən, terror aktını hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən terrorçu şəxslərin qrupu və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır. Bəndin hazırda qüvvədə olan variantı isə belədir: "Terror təşkilatı - terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılan və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır. Əgər struktur bölmələrindən biri təşkilatın hər hansı bir rəhbər orqanının razılığı ilə terror fəaliyyəti ilə məşğuldursa, həmin təşkilat terror təşkilatı hesab edilir”.
Layihə səsə qoyularaq qəbul olunub.  
 
Aktual.az
Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR