Azərbaycanda ötən il 62 xarici müəssisə və təşkilat ləğv olunub

Azərbaycanda ötən il 62 xarici müəssisə və təşkilat ləğv olunub

Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatların sayı illik müqayisədə 4,4% artaraq 2018-ci il yanvarın 1-nə 1 635 vahidə çatıb.

"Report”un rəsmi statistikaya istinadən verdiyi xəbərə görə, ötən il ərzində bu fəaliyyətlə bağlı 86 müəssisə və təşkilat yaradılıb, 23-ü isə ləğv olunub.
Müəssisə və təşkilatların 96%-ni və ya 1 570 vahidini kommersiya təşkilatları əhatə edib.
Qeyd edək ki, 2017-ci il ərzində, ümumilikdə, ölkədəki müəssisə və təşkilatların sayı 10,5% artaraq 2018-ci il yanvarın 1-i vəziyyətinə 118 594 vahid olub.
Artım iqtisadiyyatın "İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, "Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, "Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, "Ticarət; nəqliyyat vasitələrinin təmiri”, "İnformasiya və rabitə”, "İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət”, "Nəqliyyat və anbar təsərrüfatı” və "Peşə, elmi və texniki fəaliyyət” sahələrində nəzərəçarpacaq dərəcədə olub.
Hesabat ilində Azərbaycanda 100% xarici investisiyalı 786 müəssisə və təşkilat yaradılıb, 62-si ləğv olunub. 2018-ci il yanvarın 1-nə xarici müəssisələrin sayı 7 014 vahid təşkil edib. Bundan başqa, hesabat ilində 190 birgə müəssisə yaradılıb, 13 birgə müəssisə isə ləğv olunub. Beləliklə, 2018-ci ilin əvvəlinə birgə müəssəslərin sayı 2 165 vahidə çatıb.
 
Aktual.az
Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR