Azərbaycanda spirtli içki içənlərin sayı artıb

Azərbaycanda spirtli içki içənlərin sayı artıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında müsbət dinamika müşahidə edilib.

Aktual.az report-a istinadən bildirir ki, 2017-ci ilin ilk iki ayında 2 898,07 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən 913,93 min dollar yaxud 46,06% çoxdur.

Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,18%-ni təşkil edib.
Komitədən bildirilib ki, iki ay ərzində Azərbaycana ümumilikdə 5 673,79 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2016-cı ilin analoji dövrü ilə müqayisədə 2 581,45 min dollar və ya 83,48% (1,8 dəfə) çoxdur. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,58% təşkil edib.
 
Aktual.az 
Xəbər 560 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR