Azərbaycanda silahlı şəxs saxlanıldı

Azərbaycanda silahlı şəxs saxlanıldı

Bərdədə silahlı şəxs saxlanılıb. 

DİN-in mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, əldə edilmiş əməliyyat məlumatı əsasında  Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Abbasovu  idarə etdiyi "Mitsubishi” markalı avtomobillə birlikdə saxlayaraq Polis Şöbəsinə gətiriblər.
Baxış zamanı onun üzərindən nömrəsi silinmiş "Naqan” tipli tapança, 1 ədəd patron və 1,9 qram heroin aşkar edilib.
 
"Mitsubishi” markalı avtomobilə baxış keçirən polis əməkdaşları oradan "F-1” qumbarası, 1 ədəd bıçaq və 1 ədəd dəmir ling də aşkar edərək götürüblər.
Faktla əlaqədar RPŞ-də cinayət işi başlanılıb.   


Aktual.az
Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR