Azərbaycanda sərxoş məktəb direktoru qəza törətdi: yaralılar var

Azərbaycanda sərxoş məktəb direktoru qəza törətdi: yaralılar var

Qazaxda kənd orta məktəbinin direktoru idarə etdiyi avtomobil ilə qəza törədib.

Aktual.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndində baş verib.
Böyük Cəfərli kənd orta məktəbinin direktoru Almazov Fazil Hümbət oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobil ilə hərəkətdə olarkən qarşıdan gələn digər "VAZ" markalı maşınla toqquşub. Nəticədə məktəb direktoru və digər avtomobildə olan sərnişinlərdən biri ağır xəsarət alıb.

Onlar Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən hər iki yaralının vəziyyəti orta-ağırdır.
İlkin məlumata görə, hadisəyə məktəb direktorunun avtomobili sərxoş halda idarə etməsi səbəb olub.
Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.
 
Aktual.az
Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR