Azərbaycanda pul kütləsi azalıb

Azərbaycanda pul kütləsi azalıb

Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2018-cı ilin yanvar ayının 1-nə 22 755,4 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 720,5 mln. manat və ya 8,18% çoxdur.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics”ə verilən məlumata görə, ötən ilin dekabr ayı ilə müqayisədə yanvarda geniş mənada pul kütləsi 16 mln. 7 min manat və ya 0,07% azalıb.
Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Eyni zamanda, manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 1 mln 523,4 mln. manat və ya 14,17% artaraq fevralın 1-nə 12 272,7 mln. manat olub, ötən ilin dekabr ayı ilə müqayisədə isə 193,7 mln. manat və ya 1,55% azalıb.
 
Aktual.az
Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR