Azərbaycanda problemli kreditlər ilə bağlı – STATİSTİKA

Azərbaycanda problemli kreditlər ilə bağlı   – STATİSTİKA

Azərbaycan Mərkəzi Bankı məlumat yaydı.

2015-ci il noyabrın 1-nə Azərbaycan banklarında problemli kreditlərin həcmi 1 milyard 301,9 milyon manat təşkil edib. 

Bu barədə Aktual.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. 

Bankdan bildirilib ki, son bir ayda problemli kreditlərin həcmində azalma müşahidə olunur. Belə ki, son bir ayda problemi kreditlərin həcmi 51,9 milyon manat azalıb.

Belə ki, cari ilin oktyabrın 1-nə problemli kreditlərin məbləği nə az nə çox düz 1 milyard 353,8 milyon manat təşkil edib.

İlin əvvəlindən indiyədək isə problemli kreditlərin məbləği 33,3% artıb.

Oktyabr ayının nəticələrinə görə problemli kreditlərin ümumi kredit portfelində payı da azalıb.

Belə ki, hazırda bu göstərici, ümumi portfelin 7%-ni təşkil edir, bir ay əvvəl isə bu göstərici 7,1% idi.

Xəbər 533 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR