Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il aprelin 1-nə 1 710,2 mln. manat təşkil edib.

"Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,55% çoxdur.
İlin əvvəlinə nisbətən problemli kreditlər 5,13%, ötən il aprelin 1-nə nisbətən isə 7,54% artıb.
Martın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,7% təşkil edib. Bu nisbət fevralın sonuna 14,7%, ötən ilin sonuna 13,8%, ötən il martın sonuna isə 10,2% təşkil edib. 
 
Aktual.az
Xəbər 869 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR