Azərbaycanda orta aylıq əmək haqqı artıb – STATİSTİKA

Azərbaycanda orta aylıq əmək haqqı artıb – STATİSTİKA

2016-cı il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 514,4 min nəfər olub, onlardan 889,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 

Aktual.az-a bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Muzdla işləyənlərin 22,2%-i təhsil, 19,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,15-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 10,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2016-cı ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7% artaraq 494,3 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
 

Aktual.az

Xəbər 606 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR