Azərbaycanda neft hasilatı 1% artıb, qaz hasilatı 5% azalıb

Azərbaycanda neft hasilatı 1% artıb, qaz hasilatı 5% azalıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 17,2 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 0,3% azalıb.
 
"APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 19,3 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 8,9 mlrd. kubmetr təşkil edib.  
 
Bu ilin yanvar-iyun aylarında ölkədə 19 341,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2017-ci ilin yanvar-iyun ayının göstəricilərinə nisbətən 1% çoxdur. Bu ilin iyulun 1-nə 249,4 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 19 315,4 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 0,9% çoxdur.

 
2018-ci ilin yanvar-iyun ayı ərzində ölkədə 14 497,7 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2017-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 2,7% çoxdur. Bunun 8 883,6 min kubmetri əmtəəlik təbii qazıdır ki, bu da daha əvvəlki illə müqayisədə 4,9% azdır. 
 
Aktual.az
Xəbər 260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR