Azərbaycanda nə qədər vərəmli xəstə var?

Azərbaycanda nə qədər vərəmli xəstə var?

"Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycanın statistikasına əsasən, ölkədə ən çox vərəmlə xəstələnənlər 25-44 yaş arasında olan insanlardır. Bu xəstələrin arasında kişilər üstünlük təşkil edir”.

APA-nın xəbərinə görə, bunu Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun (ETACXİ) elm üzrə direktor müavini İradə Axundova deyib.

Onun sözlərinə görə, hər il qeydiyyatda olan xəstələrin sayı 8500-9000 arasında dəyişir. Ötən il vərəmə ilkin yoluxan xəstələrin sayının isə 3500-ə qədər olduğunu deyən İ. Axundova əlavə edib ki, onların 3-4 faizini uşaqlar təşkil edir. Ölüm hallarına gəlincə, direktor müavini vurğulayıb ki, müvafiq göstərici hər 100 min əhaliyə 3,8 nəfər təşkil edir: "Halbuki bu rəqəm 2015-ci ildə 4,2 nəfər idi. Vərəmin yaranmasına vərəm mikobakteriyası səbəb olur. Vərəm infeksion xəstəlik olduğundan yalnız xəstə insandan hava-damcı yolu ilə sağlam insana ötürülərək yoluxma əmələ gətirir, bundan sonra xəstəlik yaradır. 2016-cı il üçün ilkin vərəmlə xəstələnən insanların sağalma faizi 83 olub. Bununla da ÜST-nin qoyduğu 85 faiz həddinə çatırıq. Hazırda 918 xəstə müalicəni davam etdirir. Onların arasında müalicə effektivliyi 69 faizdir”.
 
Aktual.az
Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR